Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə bir qrup gənc Babək rayonunda yaşayan şəhid ailələri ilə görüşüb, şəhid məzarlarını ziyarət edib.

Gənclər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız Rasim Ramazanov, Ümid Novruzlu, Rəhman Əjdərov və Şükür Hacıyevin ailə üzvləri ilə görüşüb, onların keçdiyi döyüş yolu və qəhrəmanlıqlarından söz açıblar.

Əcnəbi tələbələrin də iştirak etdiyi görüşlər zamanı çıxış edənlər qeyd ediblər ki, belə görüşlərin məqsədi şəhidlərimizin xatirəsinə ehtiram, ailələrinə mənəvi dəstək, eləcə də gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması və vətənpərvərlik ruhunda formalaşmasına xidmət etməkdir. Çıxış edənlər qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq ediblər.

Görüşlərin ardınca iştirakçılar şəhidlərimizin məzarlarını ziyarət edib, “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

admin

Related Posts