
İslam İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə noyabrın 27-də İranda son iki ay yarımda baş verən kütləvi etirazlar zamanı “300-dən çox insanın” öldürüldüyünü təsdiqləyib.
Beləliklə, SEPAH generalı ölənlərin sayını qeyd edən İran İslam Respublikasının ilk rəsmi və yüksək səviyyəli hərbi rəsmisidir.
Qeyd edək ki, İranın bütün 31 əyalətində 150-dən çox şəhərdə və 140 universitetdə keçirilən 11 həftəlik ümummilli etirazlar zamanı yüzlərlə insan həlak olub, lakin indiyədək hökumətin heç bir siyasi və ya hərbi rəsmisi bu ölümlərə işarə etməyib.