Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ağbulaq kəndində cəviz bağı salınıb

Şahbuz rayonunun Ağbulaq kəndində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yeni cəviz bağı salınıb.

Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunda da meyvə bağlarının və yaşıllıq sahələrinin artırılmasına diqqət artırılıb. Bu sahədə görülən tədbirlərin nəticəsidir ki, son illərdə rayonda 200 hektara yaxın ərazidə meyvə bağları və yaşıllıq sahələri salınıb. Yaşıllıqların salınmasında rayonun bələdiyyələri də təşəbbüskarlıq göstərir. Rayonun bələdiyyə mülkiyyətinə məxsus torpaqlarında yeni meyvə bağları salınır. Bu tədbirlərin davamı kimi Ağbulaq kəndi ərazisində də yeni cəviz bağı salınıb.

Bir hektar sahədə salınan bağa 400 cəviz tingi əkilib. Əkilən ağaclara mövsümi qulluq göstərilib, suvarma suyu ilə təmin olunub.

admin

Related Posts