Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Alimentsiz boşandığım üçün peşmanam” – Müğənnidən şok etiraf

“Aliment alan qadınları çox uğurlu hesab edirəm. Bir qadın olaraq alimentsiz boşandığım üçün peşmanam. Uşaqsız aliment alan dostlarım da var. Bunun necə baş verdiyini anlamıram, halal olsun”.

Bu sözləri tanınmış türk müğənni Gülben Ergen televiziya verilişlərinin birində deyib.

Bir dönəm sənətçi Mustafa Ərdoğanla ailəli olan Gülben Ergenin bu evlilikdən 3 övladı var. Verilişdə keçmiş həyat yoldaşından aliment alıb-almadığını soruşan aparıcıya müğənninin cavabı belə olub:

“Evliliyimiz sevgi üzərində qurulmuşdu. Sevgi bitəndə evlilik də bitdi. Biz pulun P hərfindən belə danışmadıq. İndiki aliment rəqəmləri məni çox təəccübləndirir. Uşaqlarımın atası məktəb pulunu ödəyir. Bu, aliment deyil, mənim əlimə dəyməyən puldur”.

admin

Related Posts