Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Məhdud fiziki imkanlı şəxslərə sovqatlar verilib

3 Dekabr – Beynəlxalq Məhdud Fiziki İmkanlı Şəxslər Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sağlamlıq imkanları məhdud şəxslərlə görüşlər keçirilib, onlara ehtiyaclarına uyğun sovqatlar verilib.

Bu məqsədlə keçirilən tədbirlərdə çıxış edənlər ölkəmizdə məhdud fiziki imkanlılara göstərilən tibbi və sosial reabilitasiya xidmətlərindən, bu istiqamətdə son illərdə tətbiq olunan yeniliklər, əldə edilən nəticələrdən danışıblar. Həmçinin vurğulanıb ki, bu kateqoriyadan olan şəxslərə müvafiq təqaüd və sosial müavinətlər ödənilir, onların cəmiyyətə inteqrasiyası, habelə asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayon mərkəzlərində keçirilən tədbirlərdə iştirak edən məhdud fiziki imkanlı şəxslərə sovqatlar verilib. Keçirilən görüşlərdə iştirak edə bilməyən hərəkət qabiliyyəti məhdud şəxslərə isə sovqatlar evlərində təqdim olunub. Müvafiq kateqoriyadan olan şəxslər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

admin

Related Posts