Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Anam mənim üçün zibillikdən çanta götürüb”

Əməkdar artist Elza Seyidcahan uşaqlıq dövründə yaşadığı çətinliklərdən danışıb.

Seyidcahan “Onun sirri” verilişində qonaq olarkən zibillikdən çanta götürdüyünü etiraf edib.

“Sentyabrın 1-i məktəbə geyinməyə paltarım yox idi. Anam bir qohumumuzdan mənim üçün ayaqqabı istədi, amma o, vermədi. Qonşumuz nəvəsinin ayaqqabısını verdi, bacımın köynək və ətəyini geyindim. Çantamın cəftəsi qırılmışdı. Kimsə anama dedi ki, zibillikdə bir çanta var, bəlkə onu Elza üçün götürəsən. Anam əvvəl razılaşmadı, sonra məcbur qalıb zibillikdəki çantanı götürüb cəftəsini mənim çantamın cəftəsi ilə dəyişdirdik”, – deyə, Əməkdar artist açıqlamasında qeyd edib.

admin

Related Posts