Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır avtomobil qəzası baş verib

Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır avtomobil qəzası baş verib.

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Qəzaya düşən dörd nəfər dost olub.

Avtomobili idarə edən Abdulla Qubadov Moskvada yaşayan iş adamı Təvəkkül Qubadovun oğludur. O, dostları ilə birgə Şamaxıya gəzintiyə getmək üçün yola çıxıb.

Belə ki, dağlıq rayonlara qar yağdığını öyrənən dostlar birgə yola çıxaraq həmin rayonlarda istirahət etmək və fotolar çəkdirmək qərarına gəliblər. Lakin yaşadıqları ərazini tərk edərkən avtomobil qəzaya uğrayıb.

Rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu KİA markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin – rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri – 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

admin

Related Posts