Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tələbələr Dövlət Miqrasiya Xidmətində təcrübə keçirlər

“Naxçıvan” Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbələri Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər.

Ümumilikdə 24 tələbənin iştirak etdiyi təcrübə zamanı tələbələrə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi mövzuları ilə bağlı məlumat verilir.

Miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin predmetləri, sərhəd buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti, miqrasiya sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və innovativ yeniliklər, o cümlədən bu proseslərin həyata keçirilməsində informasiya təminatının rolu barədə təsəvvürün yaranması məqsədilə tələbələrin ayrı-ayrı sahələrlə tanışlığı təmin olunur. Tələbələr üçün dərslər daha çox slayd və videoçarxlarla tədris olunur ki, bu da dərslərin vizual olaraq, effektiv və keyfiyyətli formada öyrənilməsinə imkan verir.

Tələbələr təcrübə müddətində Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

İstehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrə şəhadətnamələr təqdim ediləcək.

admin

Related Posts