Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Instagram”da yenilik

“Instagram”da yenilik

“Instagram” sosial şəbəkə platforması paylaşımları planlamaq funksiyasını işə salacaq.

Birinci 24 xəbər verir ki, “Instagram” bloq saytındakı açıqlama ilə paylaşımları planlama xüsusiyyətini aktivləşdirəcəyini açıqlayıb.

Bu yenilikdən sonra istifadəçilər fotoşəkilləri, videoları və videoçarxları vaxtından əvvəl planlaşdıra biləcəklər. Yeni funksiya istifadəçilərə paylaımları 75 günə qədər əvvələ planlaşdırmağa imkan verəcək.

Xüsusilə iş hesabları üçün çox faydalı ola biləcək bu xüsusiyyət sayəsində yazılar çox əvvəldən planlaşdırıla və yeri gələndə paylaşıla bilər.

“Instagram”-da postunuzu planlaşdırmaq üçün aşağıdakıları etməlisiniz

1. “Instagram”-a daxil olun.

2. Paylaşım yarat üzərinə toxunun.

3. Yaradacağınız postu və ya reels postunu seçin və redaktə edin.

4. Sonra Qabaqcıl Parametrlərə keçin.

5. Cədvəl bölməsini seçin.

6. 75 gün ərzində istədiyiniz tarix və vaxtı seçin.

7. Bitti deyərək yazı yaradın və arxa bölməni seçərək paylaşım səhifəsinə qayıdın.

8. Göndərməni planlaşdırmaq üçün cədvəl üzərinə klikləyin.

Editor

Related Posts