Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Aygün Kazımova toya təmənnasız gəldi”

Müğənni Xatun Əliyeva oğlu Adilin toy məclisinə qatılan Xalq artisti Aygün Kazımova ilə bağlı iddialara son qoyub.

Sənətçi Kazımovanın məclis üçün heç bir qonorar almadığını deyib. Bu haqda “Zaurla Günaydın” proqramında danışan Xatun bunları əlavə edib:

“Balaş ( qardaşı, stilist Balaş – red.) dünyasını dəyişəndən sonra Aygün Kazımova məni sosial şəbəkədə izləməyə almışdı. Balaşın ruhuna xatir məclisə təmənnasız gəldi. Böyük jest etdi. Qadın, ana, bacı olaraq böyük adamdır. Onu alqışalamaq lazımdır. Mənə dəstək və ürək verəmək üçün toya gəldi. İnşallah, qızı İlqarınin toyu olsun, mənə etdiklərinə görə gedib yanında olum. Onun gəlişi ilə dünayalar mənim oldu”.

admin

Related Posts