Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Mərmər soyuğu” daha bir festivalda

“Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.

Festival 12-18 dekabr tarixlərində Qazaxıstanın Almata şəhərində keçiriləcək. Qeyd edək ki, proqramda ümumilikdə 15 film iştirak edir.

Qeyd edək ki, “Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.

admin

Related Posts