Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Düşünməyin ki, mənim övladım bunu etməz”

Dekabrın 1-i “Liatris Holding”in təşkilatçılığı ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə məhz bu problemlər – cəmiyyətin təhlükəsizliyini təhdid edən narkomaniya və məişət zorakılığını doğuran səbəblər və onların aradan qaldırılması istiqamətində atılmalı olan addımlar müzakirə edilib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil, Səhiyyə, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.

Tədbirdə öncə Azərbaycan respublikasının himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Ardınca tədbir təşkilatçısı, “Liatris Holdinq”in rəhbəri Ruhi Əliyeva söz alıb. O bildirib ki, narkotik bəladır, insanı məhv edir, öldürür və cinayətə sürükləyir:

“İnsanın cəmiyyətdə qəbul edilməyən gizli həvəslərə düşməsi onda zərərli vərdişlər yaradır. Qəbul edilən, mübaliğəsiz bir reallıq da var, insan vərdişlərinin övladıdır. Yaranan vərdişin nəticəsində insan narkotik aludəçisidirsə, talehin işi deyil, seçimdir. Şəraitin, mühitin də burda payı var. Axı, insan həyat üçün şəraitə və hallara tabe olmaya bilər, onda təbii ki, nəticə də olmaz. Heç kim düşünməsin ki, mənim övladım bunu etməz.

Narkotik vasitələrlə əlaqəli cinayətkarlığa biz təkcə cəza ilə deyil, həmçinin insan orqanizminin fəaliyyətinə pis, mənfi halları yaradan mühiti iflic edən vasitələrlə çıxmalıyıq. Bizdən nə asılıdır – biz narkotik aludəçisini gizlətməklə ona ən böyük pisliyi edirik. Əgər narkomaniya xəstəlikdirsə, şəxsiyyət pozğunluğudursa, nə etməliyik? Bu sualların cavabı var. Cavablar əməli fəaliyyətimizlə üst-üstə düşürmü? İmkanlar tükənməyib, imkanlar var”.

admin

Related Posts