Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Evlilikdə sirr varsa, o, ailə deyil”

Televiziyanın məşhur cütlüyü Zaur və Günay Baxşəliyevlər möhkəm ailənin sirrini açıb.

Bu haqda onlar “MTV maqazin”ə müsahibəsində deyib.

Zaur bildirib ki, əsas məsələ sirrin olmamasıdır:

“Evlilikdə sirr varsa, o, evlilik, ailə deyil. Əsl istək, hörmət… Zamanla bunları artıran cəhətlər olur. Əvvəl insanların bir-birinə olan sevgisi, sonra övladların dünyaya gəlişi və onların bu ailəni bir-birinə bağlaması. İnsanın bir-birinə sevgisi, hörməti varsa, digər tərəflər ancaq bunu gücləndirmək üçündür”.

Həyat yoldaşının fikirlərini təsdiqləyən Günay isə “Ailə qurmağa hazırlaşanlar bir-birilərinə vaxt versinlər, yaxşı tanısınlar. Bizim ailə qurmazdan öncə bir-birimizi yetərincə tanımağa vaxtımız oldu”, – deyə, qeyd edib.

Xatırladaq ki, cütlük 10 ildir evlidir. Onlar Davud və Dilavər adlı iki övladı var.

admin

Related Posts