Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nəzrindən tənqidlərə cavab

Müğənni Nazryn “Altın Kelebek” tədbirlərindəki geyimlərinin tənqid olunmasından yazıb.

Bu barədə o, instaqramda status paylaşıb.

“Geyim haqqında danışım. Özümə nə rahatdırsa, nə yaraşırsa, onu da geyinirəm. Zövqlə dəbi qarışdırmayın. Əgər dəblə geyinməyənə “zövqsüz” deyirsinizsə, o zaman mənim mahnılarım da dəbli deyil. Bir adam fikir bildirən kimi düşüncə zövqü və dərinliyi olmayanlar eyni “dəbli düşüncə” ilə gedirlər. Gərək düşüncələrin də zövqlü olsun. İnsanı ifadə edən onun geyimidir, qaməti, danışığı və özünə dəyər verməsi.

Mən bir sənətçi olaraq buralara qədər gəlmişəmsə, bu sadəcə işimi yaxşı gördüyüm və işimə verilən dəyər üçündür. Nə geyimimlə, nə görünüşümlə, nə də danışığımla bu mükafatı almışam. Əmin olun, məni hələ daha da keçmişə aid geyimdə görəcəksiniz. Dəb dediyiniz zamanla itən bir anlayışdır. Mənim zaman anlayışım da dəbli deyil. Madəm ki, dəblə zövq eynidir, onda mən zövqsüzəm. O zaman geyimim, mahnılarım, danışığım və fikirlərim də zövqsüzdür. Bunu belə görənlərə səslənirəm: Keçmişə xoş gəldiniz. Xoşunuza gəlmirsə, dövrə uyğun ayaq basın”, – deyə, sənətçi vurğulayıb.

admin

Related Posts