Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Allah səni bizə tez qovuşdursun”

Prodüser Təranə Səmədova həbsdə olan həyat yoldaşı Rasim Həsənovla bağlı paylaşım edib.

O övladları və əriylə birgə fotosunu instaqram izləyiciləri ilə bölüşüb.

“Ata, biz necə darıxırıq sənin üçün. “Bəbəş”lərinin hamısı. Allah özü qorusun bizi, heç bir valideynin, övladın gözü yaşlı qalmasın. Allah haqqı nahaqqa möhtac qoymasın. Hər açılan sabahın bir kəraməti var. İnşallah bu gün də xeyirli günlərdən olar. Sonda hər şey yaxşı bitir, yaxşı deyilsə, deməli, son deyil. Allah səni bizə tez qovuşdursun ki, Rza və Ayazla (həyat yoldaşının 1-ci nikahından dünyaya gələn övladları – red.) hələ şəkil çəkdirmədik. Ya onlar bizsiz əyləndilər, ya da Rza gəldi və sən getdin”, – deyə, Təranə bildirib.

Qeyd edək ki, R. Həsənov instaqramda tanış olduğu şəxsi haqqında rüsvayedici məlumatlar yaymaqla hədələdiyi üçün həbs olunub.

admin

Related Posts