Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada “Şuşa ili” qeyd edilib

Culfa Rayon Mədəniyyət Sarayında “Şuşa ili”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Culfa Rayon Mədəniyyət Şöbəsinin müdiri Pərvin Həsənov çıxış edərək Vətən müharibəsində qazandığımız parlaq qələbədən danışıb, Qarabağın azadlığı uğrunda apardığımız ölüm-dirim savaşında Culfa rayonundan olan vətənpərvər övladların da şücaət göstərdiyini, şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Bildirib ki, Azərbaycan mədəniyyətinin baş tacı olan Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin zəfər nöqtəsi oldu.

Diqqətə çatdırılıb ki, 2022-ci il ölkəmizdə “Şuşa ili” kimi qeyd edilir. Həmçinin musiqi mədəniyyətimizin beşiyi Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Sonra Bənəniyar Kənd Uşaq Musiqi Məktəbinin gənc kollektivi “Şuşa ili”nə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Konsert proqramında Fikrət Əmirov, Mehriban Əhmədova, Əlibaba Məmmədov, Nazim Kazımov və digər görkəmli sənətkarlarımızın repertuarından ifalar təqdim edilib.

“Azərbaycan elləri”, “Ana”, “Yurdum Azərbaycan”, “Xudayar təsnifi” və digər musiqi nümunələri tamaşaçılarda xoş ovqat yaradıb.

admin

Related Posts