2023-ci “Dovşan” ilinin gəlişinə iki həftə qalıb. Dünyanın dörd yanında şəhərlər bu münasibətlə xüsusi şəkildə bəzənir, bayram ab-havası yaşanır.
Birinci 24 Bizim.Media-ya istinadən xəbər verir ki, gözəl paytaxtımız Bakı şəhərində də yeni il hazırlıqlarına başlanılıb.
Şəhərin bir çox yerlərində, eləcə də mərkəz küçələrində hazırlıq işləri, yeni il atributlarının, işıq installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi aparılır.
Yeni il ağaclarını quraşdıran işçilərdən biri redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, həftənin sonuna kimi bəzək işlərinin yekunlaşdırılacağı gözlənilir.






