Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb

Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb

O, azadlığa çıxana qədər aclıq aksiyasını davam etdirəcəyini deyib.

Bu gün barəsində 50 gün həbs qətimkan tədbiri seçilən Bəxtiyar Hacıyevin Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılıb. 

Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin 9 dekabrda  çıxardığı qərarı dəyişməyərək fəalı həbsdə saxlayıb.

Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq bu gündən aclıq aksiyasına başladığını elan edib. O, aksiyasını azadlığa çıxana qədər davam etdirəcəyini deyib.

İctimai fəal Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.

Bəxtiyar Hacıyev həbsinin ictimai-siyasi fəaliyyətinə görə olduğunu və bununla onu fəaliyyətindən kənarlaşdırmağa çalışdıqlarını deyib.

Beynəlxalq təşkilatlar fəalın həbsi ilə bağlı narahatlıqlarını dilə gətiriblər. “Amnesty International”, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ Dövlət Departamenti, o cümlədən Avropa İttifaqının xarici işlər üzrə sözçüsü Peter Stano Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıblar. 

Hökumətdən B. Hacıyevin həbsi ilə bağlı heç bir şərh verilməyib.

Editor

Related Posts