Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Vasif Talıbovu əvəz edəcək Azər Zeynalov kimdir? – Dosye

Vasif Talıbovu əvəz edəcək Azər Zeynalov kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin bu gün keçirilən qapalı iclasında sədr Vasif Talıbovun istefa verməsindən sonra onun səlahiyyətləri Ali Məclis sədrinin birinci müavininə həvalə olunacaq. Bu, Naxçıvan MR Konsititusiyasında təsbit olunmuş qaydalara görə, 30-cu maddədə qeyd edilib. Sədrin birinci müavini isə Azər Yadulla oğlu Zeynalovdur.

 Azər Zeynalovun dosyesini təqdim edirik:

1970-ci ildə Şərur şəhərində anadan olub. 1977-1987-ci illərdə Şərur şəhəri 1№-li orta məktəbində təhsil alıb.

1987-1992-ci illərdə Lipetsk Politexnik İnstitutunda təhsil alaraq Sənaye nəqliyyatı ixtisası üzrə mühəndis peşəsinə yiyələnib.

1992-1993-cü illərdə ordu sıralarında xidmət edib.

1993-cü ildə Şərur rayon Xalq Deputatları Məclisinin İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışıb.

2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ildən isə İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

2003-2005-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolu Naxçıvan Hissəsinin rəisi vəzifəsində işləyib. 2005-2010-cu illərdə III çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Meclis Sədrinin müavini vəzifəsində işləyib. Yenidən IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.

Ali Məclisin birinci sessiyasında Ali Məclis Sədrinin müavini və İqtisadi siyasət komitəsinin sədri, həmçinin V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Ali Məclisin birinci sessiyasında Sədrin I müavini və İqtisadi siyasət komitəsinin sədri vəzifələrinə seçilib.

2010-cu ildə Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.

Editor

Related Posts