Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ailəsinin bir çox üzvü belə onun xəstə olduğunu bilmirdi”

“Sənətin zirvəsini görən bacım… Teatr və kino günəşi olan Amaliya Pənəhova. Arada sənsiz çox darıxıram. “Amaliya xanıma bir zəng edim” dediyim günlər üçün çox darıxıram”.

Bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu instaqram hesabında yazıb. Mərhum Xalq artisti Amaliya Pənahova ilə bağlı xatirələrini bölüşən Sərxan bunları əlavə edib:

“Aramızda saf, təmiz və maddiyatsız, səmimi, sənli, mənli bir dostluq var idi. Amaliya xanım bu şəkli çəkdirdiyimiz gün mənə xəstəliyi ilə baglı məlumat vermişdi. Hələ ailəsinin bir çox üzvü onun xəstə olduğunu bilmirdi. Bu, bizim sirrimiz idi. Nə qədər dəyanətli və dözümlü biri idi, Allahım. Mən bu xanımdan çox şey öyrəndim. Həyatı və yaradıcılığı bir məktəb idi. Bəzən Amaliya xanım haqqında nəsə yazılanda, bir-birimizə baxıb gülürdük. Deyirdi ki, indi görəsən bu yazan adam heç bilir kimdən nə yazır? Həqiqətən zirvədə olan xanım idi”.

Qeyd edək ki, A.Pənahova 2018-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.

admin

Related Posts