Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Qarabağda memarlıq abidələri qeyri-mütəxəssislər tərəfindən “bərpa olunur””

“Qarabağda memarlıq abidələri qeyri-mütəxəssislər tərəfindən “bərpa olunur””

“Bir neçə ay bundan qabaq böyük Şəhərsalma Forumu keçirilmişdi. Memarlar təəccüblənirlər ki, onların 90 faizi Bakıda işsizdirlər. Bu işləri kim görür? Nəyin nəticəsində filan şirkət o zonada bu layihəni edir? Nəyə görə onu seçiblər? Hardadır o müsabiqələr, o qərarlar? Bizim aparıcı memarlarımız var, 100 ad deyə bilərəm, adlarını sadalamıram, hamısı işsizdirlər və şikayətlənirlər ki, 3-4 şirkət işləri görür”.

Bunu memar Elçin Əliyev deyib.

“Memarların 90 faizi sual verirlər: Bu Qarabağda işləyən şirkətlər hardandır? Nəyin əsasında onlar ora cəlb olunublar? Bundan əlavə orda heç professional memar da yoxdur. Heç biz onları tanımırıq. Orda cəmi bir-iki professional işləyir. Hamısı “tanış-tunuş” şirkətlərdir. Qarabağda, Şuşada, qanla azad olunmuş, minillik tarixi olan memarlıq abidələri qeyri-mütəxəssislər tərəfindən dırnaqarası bərpa olunur. Bu, bizim tariximizə, mədəniyyətimizə, ölkəmizə böyük zərbə vurur. Amma cənab prezident bunları bilmir. Bu proses ictimaiyyətə, cəmiyyətə, qəzetlərə elə yaxşı təqdim olunur ki, reklam olunur ki, camaatın xəbəri olmur, camaat elə bilir ki, hər şey normaldır, şəffafdır”, – memar bildirib.

Editor

Related Posts