Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanın İran PUA-larını vuracaq sistemləri var? – Ekspertdən açıqlama

Azərbaycanın İran PUA-larını vuracaq sistemləri var? – Ekspertdən açıqlama

İstər İkinci Qarabağ müharibəsi, istərsə də hazırda Ukraynada davam edən hərbi əməliyyatlar müasir dövrdə müharibələr aparmaq üçün aviasiya vasitələri, PUA-lar və hava hücumundan müdafiə sistemlərinin mühüm rola malik olduğunu təsdiqlədi.

Ukrayna məhz PUA-lar sayəsində rus qoşunları və hərbi texnikasının irəliləməsinin qarşısını aldı. Rusiyanın Ukraynada əldə etdiyi kiçik uğurlarda da İrandan alınan “Sahed” PUA-ları müəyyən rol oynadı. Son vaxtlar İranın Ermənistana da bu tip PUA-lar satdığına dair xəbərlər yayılır. Eyni zamanda Ermənistanın digər ölkələrdən də PUA-lar aldığına dair məlumatlar var. Yeni qarşıdurma yaranacağı təqdirdə, Ermənistanın Azərbaycana qarşı zərbə dronlarından istifadə edəcəyi barədə fikirlər səslənir.

Maraqlıdır, Azərbaycan müasir zərbə PUA-larının hücumlarını dəf etmək üçün müdafiə sistemlərinə malikdirmi?

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlama verib.

O bildirib ki, hələlik Ermənistan tərəfindən İran istehsalı olan PUA-ların tətbiqin rast gəlinməyib:

“İran dronları kifayət qədər aşağı taktiki-texniki xüsusiyyətlərə malikdir. Onların qarşısının alınması üçün aidiyyatı qurumlarımız müttəfiqlərimizlə birgə fəaliyyətlər həyata keçirir. Azərbaycan ərazilərinin mümkün hava təhdidlərindən qorunması üşün ciddi sayda hava hücumundan müdafiə komplekslərimiz mövcuddur. Azərbaycan bu sahədə daha çox Türkiyə ilə fəaliyyətlər həyata keçirir. Bu fəaliyyətlər Vətən müharibəsi zamanı kifayət qədər effektiv oldu. Hava hücumundan müdafiə qoşunları əvvəllər olduğu kimi, hazırda da düşmən və rəqib ölkələrin mümkün hava təhdidlərinə qarşı geniş imkanlara malikdir”.

Editor

Related Posts