Dövlət icbari şəxsi sığorta ödənişi alan şəxslərə 196 min 900 manat vəsait verilib

Fond tərəfindən 2022-ci il ərzində 47 hərbi qulluqçuya icbari şəxsi sığorta ödənişi verilib. Bunlardan 5-nə vəfat etdiyinə, 27-nə sağlamlıq imkanlarının məhdudluğuna, 15-nə isə xəsarət aldığına görə sığorta ödənişi verilib. Sığorta ödənişi verilən hərbi qulluqçuların 18-i Vətən müharibəsində iştirak etmiş şəxslərdir. Dövlət icbari şəxsi sığorta ödənişi alan şəxslərə ümumilikdə 196 min 900 manat vəsait verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilib.

Ölkə başçısının 18 iyun 2021-ci il tarixli digər Fərmanına əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan dövlət icbari şəxsi sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu təmin edir.

admin

Related Posts