Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycanla intensiv danışıqlar gedir, bunda maraqlıyıq” – Paşinyan

“Azərbaycanla intensiv danışıqlar gedir, bunda maraqlıyıq” – Paşinyan

Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır və Rusiyanın dəstəyi ilə bu prosesi başa çatdırmağı gözləyir.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“2021-ci il yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistan və Azərbaycan arasında kommunikasiya əlaqələrinin bərpası ilə məşğul olacaq üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması haqqında bəyanat imzaladıq. Bu layihənin ideyası ondan ibarətdir ki, iki ölkə qarşılıqlı şəkildə öz ərazilərindən keçən nəqliyyat marşrutlarından istifadə edə biləcək. Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir və deməliyəm ki, biz bunda çox maraqlıyıq və Rusiyanın dəstəyi ilə yaxın gələcəkdə bu məsələni həll edəcəyimizə ümid edirik”, – Ermənistan baş naziri bildirib.

Paşinyan çıxışında “Minsk qrupu” sayıqlamasını yenidən təkrarlayıb, onun sözlərinə görə, Ermənistan Azərbaycanla danışıqlarda, o cümlədən “ATƏT-in Minsk qrupunun həmsədri” kimi Rusiyanın dəstəyinə də ümid edir:

“Qarabağ məsələsinin həlli ilə bağlı Azərbaycanla intensiv söhbət gedir və bu kontekstdə biz Ermənistanın strateji müttəfiqi kimi Rusiyanın dəstəyinə ümid edirik. Rusiya Azərbaycan üçün də çox yaxın tərəfdaşdır və bu, məncə, yeni imkanlar açır”.

Editor

Related Posts