Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Naxçıvanbank əməkdaşlarının inkişafına ən çox yatırım edən banklar sırasında ikinci yerdədir

Daim öz əməkdaşlarının inkişafına investisiya yönəldən Naxçıvanbank Müştəri xidmətləri əməkdaşlarını “Universal bank işçisi” layihəsinə cəlb edərək onların bilik və bacarıqlarının yüksəldilməsinə dəstək olub.

Bank İCC (İnternational Consulting Company) tərəfindən 2022-ci il üzrə “Əməkdaşların inkişafına ən çox yatırım edən bank” nominasiyası üzrə II yerə layiq görülüb.

2022-ci ildə əsas strateji hədəflərdən olan “Universal bankçılıq” xidmətlərinə keçidi ilin sonunda tam şəkildə yekunlaşdıran bankda Beynəlxalq sertifikatlı əməkdaşlar müştərilərə yüksək keyfiyyətli universal xidmətlər göstərirlər.

Müştəri xidmətlərinin yeni struktur dəyişikliklərindən sonra müştərilər hesablaşma-kassa əməliyyatları ilə birlikdə kreditləşmə proseslərini də həyata keçirə bilirlər.

admin

Related Posts