Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nişanlısı ilə Bakıya gəzməyə gəlmişdi: Dünənki dəhşətli qəzanın təfərrüatları

Nişanlısı ilə Bakıya gəzməyə gəlmişdi: Dünənki dəhşətli qəzanın təfərrüatları

Yanvarın 1-də Bakıda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

“Mercedes” markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini 25 yaşlı Vüqar Abdulayev, onun sərnişinləri Goranboy rayon sakini 25 yaşlı Jalə Aslanova və Samux sakini 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş.

Aytəkin Allahyarova, Jalə Aslanova

Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi yanvarın 1-i paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə “Mercedes” markalı avtomobilin dirəyə çırpıldıqdan sonra “Toyota Prius”un qarşısına çıxması nəticəsində baş verib.

Aytəkin Allahyarova

Qəza nəticəsində “Mercedes”də olan 3 nəfər hadisə yerində, “Toyota Prius”da olan 2 nəfər isə xəstəxanada vəfat edib. Ağır qəzada ölənlər sürücülər Vüqar Abdullayev, Pərviz Əlizadə, onların sərnişinləri Aytəkin Allahyorava, Könul Namazova, Jalə Aslanovadır.

Editor

Related Posts