
Lüksemburq Xarici İşlər Nazirliyi bu ölkənin İran əsilli vətəndaşının İranda edam cəzasına məhkum edildiyini bildirib. Eyni zamanda, Lüksemburq Avropa İttifaqının iranlı etirazçılara dəstək səylərinə tərəfdar olduğunu vurğulayıb.
Lüksemburq XİN həmin şəxsin adı və hadisənin təfərrüatlarını açıqlamadan Lüksemburqun xarici işlər naziri Jan Aselbornun bunu iranlı həmkarı Hüseyn Əmirabdullahiyanla müzakirə etdiyini bildirib.
Bu arada, İranda həbsdə olan Belçika vətəndaşı Olivier Vandecastel də 28 il müddətinə azadlıqdan məhrum edilib.