Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub.
Bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov – BMT-nin Cənubi Sudandakı (Afrika qitəsi) Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.
Congratulations to #Azerbaijani peacekeeper
— Azerbaijan UN ?? (@AzmissionUN) January 4, 2023
Major Ilkin Khalilov – awardee of The United Nations Medal in recognition of the duties and the service of peace as a Military Member of the #UNMISS @UN @UNPeacekeeping pic.twitter.com/jNMQPIcCzi