Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hava ilə əlaqədar məktəblər bağlanacaq? – Açıqlama

Hava ilə əlaqədar məktəblər bağlanacaq? – Açıqlama

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.  Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

“Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib”, – məlumatda bildirilib.

Editor

Related Posts