
“Qərçək” zindanında həbs cəzası çəkən İranın dini rəhbəri Xameneyinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani aclıq aksiyasına başlayıb.
Bu barədə Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani öz Tvitter hesabında məlumat yayıb.
“Siyasi məhbus Fəridə Muradxani saxlanılma yerinə və Evin həbsxanasına köçürülməməsinə etiraz olaraq aclıq aksiyası keçirir”, – deyə qardaşı bildirib.
Xatırladaq ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib.