
Türkiyəli komediya ustası Hasan Can Kaya ilə məşhur müğənni Hadisə arasında eşq yaşandığı iddia olunub.
Can Kaya bu məsələni cavabsız qoymayıb.
Məşhur komediya ustası Hadisə ilə arasında yazılan kimi bir vəziyyətin olmadığını bildirib:
“İddialar doğru deyil. Xəbərlərdə də gördüm. Mən gündə 14 saat film çəkilişlərində oluram. Bu xəbərin haradan çıxdığını bilmirəm. Mən onsuz da subay adamam, belə bir şey olsa gizlətməzdim. Bunu o qədər tez inkar etdim ki, hətta özüm də real olduğunu düşündüm”.