Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“İki əməliyyat etdirdim”-Mətanət İsgəndərli

“Plastik əməliyyat heç vaxt etdirməmişəm. Çoxları elə bilir ki, etmişəm. Amma bu vaxta qədər heç bir plastik əməliyyat etdirməmişəm. Həmişə də öz gücümə, iradəmin hesabına arıqlamışam”.

Bu sözləri müğənni Mətanət İsgəndərli Zaur Kamalın verilişində qonaq olarkən deyib. O, ilk dəfə keçirdiyi əməliyyatlardan söhbət açıb:

“30-35 kiloqram çəkini öz gücümə atmışam. Normal həyat tərzi, idmanla, sağlam pəhrizlə və s. Dəfələrlə dietoloqum olub. Amma çəkimi saxlaya bilməmişəm. İlk dəfə əməliyyatı etdirib gözaltlarımı və üstünü götürtmüşəm. Deyirlər ki, ikisini də birdən? Deyirəm hə, iki əməliyyatı da bir yerdə etdirdim. Özüm də şok oldum. Narkozsuz, “Sevdirə bilmədim özümü sənə” mahnısının sədaları altında əməliyyat oldum. İkinci dəfə isə mədə kiçiltmə əməliyyatı oldum”.

admin

Related Posts