Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gülbahar Şükürlü:”Müalicəsi üçün evini, bağını və qızıllarını satıb”

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü müalicələri üçün evini, bağını və qızıllarını satıb.

Bu haqda aparıcı Tarix Əliyev “Ümid ilə gəl” verilişində deyib. O, qarmon ifaçısının müalicələri üçün mülklərini satdığını açıqlayıb.

“Müalicəsinə 100 mindən çox pul xərcləyib. Heç kimə ağız açmayıb, bağını, evini, qızıllarını satıb. Hazırda ancaq bir evi qalıb” deyə, Tolik bildirib.

G.Şükürlü 10 ildir xərçənglə mübarizə apardığını deyib:

“Türkiyədə və Moskvada mənə diaqnoz qoydular. İndi də müalicəm burada aparılsa da, həkimlərim oradadır. İlk iki il ailəmdən gizlətdim. Hətta xəbəri olan rəfiqəmə deyirdim ki, desən, səni danışdırmayacağam. İstəmirdim efirdə deyim, düşünürdüm ki, şən mahnılar ifa edə bilmərəm. Kimyaterapiyanın biri 3 min manatdır”.

admin

Related Posts