Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənipərəst iranlı deputat: “Azərbaycan İranın andlı düşmənlərinin yuvasıdır”

İran parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhmədi Biğəş yenidən Azərbaycana qarşı əsassız və qərəzli fikirlər irəli sürüb: “Mən hesab edirəm ki, Azərbaycan Respublikasının İrana qarşı mövqeyi qonşuluq və dostluq mövqeyi deyil, lakin Ermənistan bu dostluq mövqeyində olub və həmişə onu qoruyub saxlayıb”.

Qafqazda son zamanlar baş verən proseslərə və sərhədlərin toxunulmazlığı prinsipinə toxunan Əhmədi Biğəş iddia edib: “Azərbaycan sübut etdi ki, bu günə qədər bu qayğıya hörmətlə yanaşmayıb və İranın and içmiş düşmənlərinin yuvasına çevrilib, işğal olunmuş ərazilərdə (Fələstin) rəsmi şəkildə səfirlik açıblar və sionist rejim də bu ölkədə aktiv fəaliyyət göstərir.
Hesab edirəm ki, Azərbaycanın İrana qarşı mövqeyi qonşuluq və dostluq mövqeyi deyil, Ermənistan isə bu mövqeyini həmişə saxlayıb və bu gün də saxlayır”.

admin

Related Posts