Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Musiqini siyasətin qurbanına çevirməyək”- Samirə Efendi

“Avroviziya” təmsilçilərimizdən olan Samirə Efendi əcnəbi fanatlarının tənqidinə tuş gəlib.

Bundan sonra sənətçi instaqramında paylaşım edərək onlara cavab verib.

“Əziz dostlar, son vəziyyətlə bağlı sizlərə müraciət etmək istəyirəm. Müharibə və təcavüzə qarşıyam. Hansısa ölkədə olmağım oranın siyasətini dəstəkləyirəm anlamına gəlmir. Musiqini silaha, eyni zamanda siyasətin qurbanına çevirməyək. İndi çətin ərəfədəyik, aqresiya yox, sevgi yayın” deyə, o yazıb.

İfaçı daha sonra “Ölkəmi hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm də. Allah bütün şəhidlərə rəhmət eləsin” deyə, Samirə paylaşımında qeyd edib.

admin

Related Posts