Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid Nicat Əhmədovun bacısı toy günündə sözləri ilə kövrəltdi

Şəhid Nicat Əhmədovun bacısı toy günündə sözləri ilə kövrəltdi

44 günlük Vətən müharibəsi şəhidi Nicat Əhmədovun bacısı toy günündə qardaşının məzarını ziyarət edib.

Bu barədə şəhidin bacısı Lalə Əhmədova sosial şəbəkədəki hesabında paylaşım edərək bildirib.

“Həyatımın ən xoş günlərini yaşarkən çox istəyərdim ki, sən də yanımda olasan, canım qardaşım. Bir bacının qardaşına ən çox ehtiyac duyduğu dönəmlərdə sən yanımda yoxsan. Təbii ki, bu yoxluq cisməndir, ruhunla varlığını elə gözəl hiss etdirirsən ki, mənim qəhrəmanım. Ruhun şad olsun, İgid Qardaşım.Sən hər zaman qəlbimizdəsən”.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Nicat Əhmədov Füzuli, Cəbrayıl döyüşlərində savaşıb. Nicat Əhmədov oktyabrın 6-da Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Əhmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Əhmədov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Əhmədov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Editor

Related Posts