Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda interaktiv dərs keçirilib

Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” mövzusunda interaktiv dərs keçirilib.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, dərsdə 20 yanvar faciəsinin baş verməsinin tarixi səbəblərindən, faciəyə ilk dəfə olaraq görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlərdən söhbət açılıb.

Dərsdə həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbə haqqında məlumat verilib. Şagirdlər virtual olaraq muzeyin eksponatları ilə də tanış olublar.

Qeyd edək ki, bu gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatı 20 Yanvar faciəsinə həsr edilib.

admin

Related Posts