Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Şərurda “Vətən sevgisi” tamaşası nümayiş etdirilib

Şərur Rayon Mədəniyyət Sarayında “Vətən sevgisi” tamaşası nümayiş etdirilib.

Tərifə Kərimovanın eyniadlı psixoloji dramı əsasında hazırlanmış tamaşa 44 günlük Vətən müharibəsinə həsr olunub. Dövlətimizin şəhid ailələri və qazilərə qayğısını özündə əks etdirən tamaşanın əsas ideyası gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

Tamaşanın ideya müəllifi Qışlaqabbas Kənd Klubunun müdiri Rza Quliyev, quruluşçu rejissoru Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbəri və rejissoru Nəsimi Məmmədzadədir.

Şərur Rayon Xalq Teatrının istedadlı aktyorları tərəfindən hazırlanan tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

admin

Related Posts