Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elnarədən ETİRAZ: “Mən danışığımı bilmirəm?”

Elnarədən ETİRAZ: “Mən danışığımı bilmirəm?”

“Bəzi insanlar mənə dedilər ki, “Oğluma müğənni qız almaram” sözlərini bəlkə bilmədən, səhv demisən. Cavab verdim ki, sözünüzdən belə çıxır ki, mən danışığımı bilmirəm?”

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Günaydın Azərbaycan!” səhər şousunda deyib.

Sənətçi illər əvvəl dilə gətirdiyi “Oğluma müğənni qızla evlənməyə icazə vermərəm” fikirlərinə növbəti dəfə aydınlıq gətirib.

Elnarə müzakirələrə səbəb olan bu mövzuda hələ də öz fikrində qaldığını bildirib:

“Sözümü deyirəm, ağzımdan söz çıxmır. Dediyim sözümün də hakimiyəm. Sözlərimin üstündə indi də dururam. Bəli, oğluma müğənni qız almaram. Çünki müğənnilik peşəsi çox çətindir. İstəmərəm ki, oğlum atası Elxanın çəkdiklərini çəksin. İstəmərəm ki, Məhəmmədin (oğlu – red.) övladları mən çəkdiyim çətinlikləri çəksin. Müğənnilik çox çətin, əziyyətli sənətdir. Xanım evdə olar. Bu mənim şəxsi fikrimdir”.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızının “Bəs qızını müğənni bəyə ərə verərsən?” sualına Elnarə “Allah nə qismət edirsə, onun xeyrini versin. Biz kimik ki, olar, olmaz deyək. Deyirik ki, xeyirsizdirsə, Allah xeyrə çevir, qismət elə. Müğənnilik əziyyətli sənətdir” cavabını verib.

Qeyd edək ki, Elnarə və Elxan cütlüyünün bir qız, bir oğlu var.

Editor

Related Posts