Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiya Estoniya səfirini ölkədən çıxarır

Rusiya Estoniya səfirini ölkədən çıxarır

“Rusiya Tallinndəki səfirliyinin sayının əhəmiyyətli dərəcədə azalmasına cavab olaraq, eləcə də Moskva ilə bütün münasibətlər kompleksinin məhv edilməsi fonunda Estoniya ilə diplomatik səviyyəni aşağı salır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir .

Nazirlik bildirib ki, Estoniya səfiri Marqus Laidre 2023-cü il fevralın 7-də Rusiyanı tərk etməli olacaq:

“Yanvarın 23-də Estoniya səfiri Marqus Laidre Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona kəskin etiraz edilib. Estoniya Respublikasının səfiri 2023-cü il fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir”.

“Rusiya tərəfi Estoniya rəhbərliyinin Moskvaya qarşı atdığı düşmən addımlarına münasibət bildirməkdə davam edəcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin Estoniya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı yaydığı bəyanatda deyilir.

Editor

Related Posts