Today Bazar ertəsi, 28th İyul 2025
Birinci 24

Birinci 24

Hindistanda polis səhiyyə nazirini öldürdü

Hindistanda polis səhiyyə nazirini öldürdü

Hindistanın Odişa ştatının səhiyyə naziri Naba Kişore Das sui-qəsd nəticəsində öldürülüb.

Nazir yanvarın 29-u günorta saatlarında Brajarajnaqar şəhəri yaxınlığında keçirilən kütləvi tədbirə gələrkən polis tərəfindən güllələnib.

Naziri güllələyən şəxs kiçik polis müfəttişinin köməkçisi Qopal Das olub. Onun hadisəni hansı səbəbdən törətdiyi hələ ki, məlum deyil.

Yaralı nazirin xəstəxanaya çatdırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Editor

Related Posts