Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Pakistanda məsciddə partlayış olub: 17 ölü, 90-dan çox yaralı var

Pakistanda məsciddə partlayış olub: 17 ölü, 90-dan çox yaralı var

Pakistanın Peşəvər şəhərində məsciddə törədilən terror aktı nəticəsində azı 17 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

Bu barədə “Geo” telekanalı məlumat yayıb.

“Xəstəxana sözçüsü partlayış nəticəsində 17 nəfərin öldüyünü, 90-dan çox yaralının isə xəstəxanaya aparıldığını bildirib. Rəsmilər 10-dan çox yaralının vəziyyətinin ağır olduğunu bildirir”, – məlumatda deyilib.

Həmçinin bildirilir ki, partlayış zamanı məsciddə azı 120 nəfər olub.

Şahidlərin sözlərinə görə, zərərgörən şəxslər əsasən polislərdir.

“Dawn” nəşrinin məlumatına görə, partlayış baş verən zaman məsciddə polis və ordunun nümayəndələri olub.

Editor

Related Posts