Today Çərşənbə, 30th İyul 2025
Birinci 24

Birinci 24

Rusiya Zaporojyedə həbsxananı vurdu – 16 nəfər öldü

Rusiya Zaporojyedə həbsxananı vurdu – 16 nəfər öldü

Rusiya ordusu Ukraynanın Zaporojye vilayətindəki cəzaçəkmə müəssisələrindən birinə zərbə endirib.

Birinci24 informasiya agentliyi UNIAN-a istinadla xəbər verir ki, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.

O əlavə edib ki, müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib.

Onun sözlərinə görə, gecə saatlarında baş verən hücum zamanı Rusiya ordusu Zaporojye vilayətinə ümumilikdə 8 zərbə endirib.

Editor

Related Posts