Today Çərşənbə, 30th İyul 2025
Birinci 24

Birinci 24

Maskın şirkəti ildə 20 minə qədər insana neyroçip yerləşdirməyi planlaşdırır

Maskın şirkəti ildə 20 minə qədər insana neyroçip yerləşdirməyi planlaşdırır

İlon Maskın “Neuralink” neyrotexnologiya şirkəti çiplərini ildə 20 minə qədər insana implantasiya etmək və 2031-ci ilə qədər ən azı 1 milyard dollar illik gəlir əldə etmək niyyətindədir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətin hesabatına istinadla məlumat yayıb.

Məlumata görə, şirkət altı il ərzində beş böyük klinika açmaq və beyin implantının üç versiyasını, o cümlədən düşüncə gücü ilə kompüteri idarə etmək üçün “Telepathy”, görmə qabiliyyətini bərpa etmək üçün “Blindsight”, həmçinin, tremor və Parkinson xəstəliyini müalicə etmək üçün “Deep” versiyalarını təklif etmək niyyətindədir.

Hesabatda qeyd edilir ki, şirkət 2029-cu ilə qədər “Telepathy” cihazı ilə ildə 2000-ə qədər cərrahiyyə əməliyyatı keçirməyi və 100 milyon dollar gəlir əldə etməyi planlaşdırır.

2030-cu ilə qədər isə “Neuralink” “Blindsight”ı işə salmağı, əməliyyatların sayını ildə 10 minə çatdırmağı və 500 milyon dollardan çox gəlir əldə etməyi planlaşdırır.

Bu günə olan məlumata görə, “Neuralink” çiplərinin implantasiya olunduğu 10 xəstə məılumdur. Onların hamısı hələ də klinik sınaq mərhələsindədir.

Editor

Related Posts