“Əgər İsrail Qəzza zolağına humanitar yüklərin çatdırılmasına mane olmağa və anklavda hərbi əməliyyat keçirməyə davam edərsə, Britaniya BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasına qədər Fələstin dövlətini tanıyacaq”.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə krallığın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.
“Biz İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinin mümkünlüyünü müdafiə etməkdə qərarlıyıq. Buna görə də, İsrail hökuməti Qəzzada ağır vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa və uzunmüddətli və davamlı sülhə, o cümlədən BMT-yə Qəzza bölgəsində humanitar yardımın bərpa edilməsinə icazə verməsə, sentyabrda BMT Baş Assambleyası başlamadan Fələstin dövlətini tanıyacağıq”, – bəyanatda deyilir.