Tanınmış jurnalist, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı barəsində cinayət işi başlandı
Baş Prokurorluqdan bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.
Qeyd edək ki, bir neçə saat əvvəl Baş Prokurorluğun əməkdaşları Əvəz Zeynallını saxlayıb və hazırda axtarış üçün onun ofisinə gedirlər.
Eyni zamanda, vəkil Elçin Sadıqov sosial şəbəkə hesabında Baş Prokurorluqdan vəkil olduğu üçün ofisində axtarış aparılacağı ilə bağlı ona zəng gəldiyini yazıb.
Yaxınları vəkil Elçin Sadıqovun evində də axtarış aparılması ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

