Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

Türkiyəli youtuber Avstriyada həbs edildi

Türkiyəli youtuber Avstriyada həbs edildi

Avstriya polisi Türkiyəli youtuberi saxlayıb. Avstriyanın paytaxtı Vyanada “YouTube” videoları çəkən Məsut Can Erayın bir qadını geyiminə görə təhqir etməsi sosial mediada gündəm olub.

Belə ki, küçə reportajı zamanı yolda gördüyü bir qadına geyimindən dolayı “utanmırsan belə geynirsən, buradan ailələr keçir, insanların dəstəmazını pozursan. Sən çox tərbiyəsiz birisən”, -deyərək təhqir edib. Görüntülərdə gənc qadının türk dilini bilmədiyindən təhqirlərə gülümsəyərək cavab verməsi əks olunub.

Sözügedən videonu izləyənlər youtuberi tənqid atəşinə tutaraq məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Çox keçmədən Vyana Polis Departamentinin rəsmi “Twitter” hesabında məsələ ilə bağlı “Polis bölməsinə məlumat göndərilib”,- deyə tvit atılıb.

Editor

Related Posts