Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Girov, zorlama və təhqir: Təbriz təcridxanası zindanında 21 məhbus qadının başına gətirilənlər

Təbrizdə yenicə azadlığa çıxmış bir neçə qadın məhbusun verdikləri məlumata görə, etiraz aksiyaları zamanı saxlanılan qadın və gənc qızların vəziyyəti acınacaqlıdır. Həbs edilənlərdən bəziləri ailə üzvlərinin hökumət qüvvələri tərəfindən girov götürülməsi səbəbindən məhkəmə orqanlarına müraciət ediblər.

Əmir Mehdipur adlı vəkil məhbus qadınların döyülmə hallarının həbsin bütün mərhələlərində baş verdiyini vurğulayaraq, saxlanılan qadınların həm təhqirlərə, həm də fiziki və cinsi zorakılığa məruz qaldıqlarını, döyüldüyünü və şağılandıqlarını bildirir.

Təbriz ənənəvi cəmiyyət olduğuna görə, məhbus qadınlar zindanda məruz qaldıqları cinsi qısnama barədə ailələrinə xəbər verməməyə çalışırlar, ona görə də bu halları üstüörtülü formada qeyd edirlər.

admin

Related Posts