Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı gənc dünyaca məşhur əməliyyat sistemində kritik xəta aşkarladı

Azərbaycanlı gənc dünyaca məşhur əməliyyat sistemində kritik xəta aşkarladı

BANM-ın ABŞ-da təhsilini davam etdirən məzunu dünyaca məşhur “Linux” əməliyyat sistemində 2 kritik xəta aşkarlayıb.

Bakı Ali Neft Məktəbinin 2022-ci il məzunu və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi 5 ayda yazdığı proqram vasitəsilə “Linux” əməliyyat sistemində 2 kritik boşluq tapıb. Bu barədə “Facebook”da “Azərbaycan Universitetləri” səhifəsi məlumat paylaşıb.

Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və “Linux” proqramçıları Sənan Həsənova təşəkkür və təbriklərini çatdırıb.

Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasından illik 100.000 dollardan çox təqaüd alaraq birbaşa doktorantura pilləsinə qəbul almışdı.

Editor

Related Posts