Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Prezidentin xüsusi nümayəndəsi: “Ağalı kəndinə sakinlərin köçürülməsi davam edəcək”

Prezidentin xüsusi nümayəndəsi: “Ağalı kəndinə sakinlərin köçürülməsi davam edəcək”

Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi davam edəcək.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, bu günədək 66 ailə Ağalıya köçürülüb və müxtəlif müəssisələrdə, dövlət qurumlarında, təşkilatlarda, aqrar sahədə işlə təmin olunub:

“Sentyabrın 10-da daha 13 ailə Ağalı kəndində köçürüldü. Artıq ailələr onlar üçün inşa edilən evlərinə qovuşublar. Bununla da Ağalı kəndinə sakinlərin köçürülməsinin ikinci mərhələsi başa çatdı. Bu hissləri bizə bəxş edən dövlət başçısına minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Editor

Related Posts